Durak — onlayn kart oyunu

Durak 36 kartlıq dəstə ilə oynanan məşhur kart oyunudur. BaLam.az-da durak masası canlı yayımın içində açılır: yayımçı masanı qurur, dostları oturur, izləyicilər isə oyunu izləyib çatda yazışır.

Oyunun əvvəlində hər kəsə 6 kart paylanır, bir kart açılır və onun dəsti kozır olur. Bir oyunçu hücum edir, o biri isə kartı eyni dəstin daha böyük kartı və ya kozırla vurur, vura bilmirsə — götürür. Kartlarını qurtaran oyunçular çıxır, sona kartı qalan oyunçu «durak» olur.

Oyun sadə görünsə də, kozırları vaxtında işlətmək və çıxan kartları yadda saxlamaq çox şeyi həll edir. Ona görə durak həm əyləncə, həm də yaxşı zehni məşqdir.

Qısa qaydalar

Oyna: Durak

Tez-tez verilən suallar

Durak kart oyununu onlayn necə oynamaq olar?

BaLam.az-da qeydiyyatdan keç və canlı yayımda durak masasına otur və ya öz masanı qur. Dostlarını da masaya dəvət edə bilərsən.

Durak neçə kartla oynanır?

Durak 36 kartlıq dəstə ilə oynanır. Hər kəsə 6 kart paylanır və açılan kartın dəsti kozır olur.

Durakı telefonda oynamaq olar?

Bəli. Kartlar telefon ekranına uyğun düzülür, kartı toxunuşla atırsan. Oyun kompüterdə də rahat işləyir.

Digər oyunlar

Android tətbiqini Google Play-dən yüklə